Ekoloji problem - kapitalizm dünya sisteminin ümumi böhranınn bir hissəsidir. Ekoloji böhranın dörd fundamental səbəbini qeyd etməyə dəyər. Bu səbəblər o qədər parlaq ifadə edilmiş və dərindir ki, təbiətin hələ də məhv olmaması təəccüblüdür.
- İstehsalın yekun nəticəsi nöqteyi-nəzərindən kapitalist bazar iqtisadiyyatının səmərəsizliyi. Müasir kapitalist iqtisadiyyatı əhəmiyyətli dərəcədə istehlak vasitələrinin artıqlığı və tarazlaşdırılmamasıyla səciyyələnir. İstehlak vasitələrini ayırmaq lazımdır, yəni istehlakın son məqsədi olmayan maddi və qeyri-maddi şəxsi mülkiyyəti və istehlak vasitələrinin özüylə gətirməyə məcbur olduğu o səmərəli effekti, fərdlə bağlı mənfəəti ayırmaq lazımdır. Bazar iqtisadiyyatı istehlak vasitələrinin hər vahidinə düşən resurs xərclərində kifayət qədər səmərəlidir, hərçənd bu səmərəlilik kifayət qədər baha başa gəlir, lakin bütün mədəni üstqurumu kimi, o, faydalı effektin optimallaşdırmasına heç uyğunlaşdırılmayıb. Bundan başqa, əsassız hökumət xərcləriylə yanaşı, əhalinin həddindən artıq səviyyədə olan istehlakının stimullaşdırılması – faktiki olaraq təkrar istehsalın təkrarlanan böhranları şəraitində kapitalizmin sağ qalmasının tək şərtidir. İfrat istehsal qorxusu, həmçinin istehlakın və qismən də istehsalın fərdiyyətçi xarakteri, meşşan həyat tərzi – bütün bunlar iqtisadiyyatın "bədxərc prinsip" üzrə inkişaf etdiyinin sübutudur.
- Ekoloji (ictimai) nemətlərin (həmçinin elmi, mədəni funksiyanı yerinə yetirən) mal mübadiləsinə uyğunlaşdırılmamış amillər olaraq dağıdılması – istifadəsinə görə gəlir əldə edilə biləcək və “vətəndaş cəmiyyəti”nin, həmçinin şəxsi kapitalist mədəniyyətinin, məhkəmə-hüquq sisteminin və s. əsaslandığı şəxsi nemətlərə istiqamətlənmiş iqtisadiyyatın hipertrofiyasının nəticəsidir. Bu nöqteyi-nəzərdən sosializm sadəcə balanslaşdırılmamış iqtisadiyyatın normal yola qaytarılmasını, məddahların "irəliləmə" kimi izah etdikləri əmtəə düşkünlüyündən azad olmanı təmsil edir - görürsünüzmü, cəmiyyət özü böhrana yeni əmtəələrin vaxtı-vaxtında təklifi ilə "operativ" reaksiya verir! Həm də post factum reaksiya verir - əvvəlcə qanunsuz şəkildə dağılır, talan edilir və ya ictimai mülkiyyət başlı-başına buraxılır, lakin sonra onun əmtəə əvəzedicisi (təbii, əlavə ödəmə qarşılığında), surroqat təklif edilir. Və ya əvvəlcə resurslar qeyri-məhsuldar ehtiyaclar üçün barbarcasına məhv edilir (artıq resursların qiyməti kəskin artdıqda) və sonra sonrakı nəslə, əsas ehtiyacların təmin olunması üçün yeni, daha baha olanların axtarışı təklif edilir. Təbiətin sərvətləri, tükənməzdir, görürsünüzmü! Sakini tələsdirən sehrli çubuq burada, həmişəki kimi, yanacağın və başqa xammalın azad qiyməti olur.
- Dərin mənəvi böhranla müşayiət olunan kapitalizmin ümumi böhranı dövründə təbiətlə insanın münasibətlərində təbiətin tabe edilməsi prinsipi şəxsi qüsurlara hökmranlıq edir, hədəfi şəxsi keyfiyyətlərin tərbiyəsi olan, təbiətin cəmiyyətə ahəngdar nüfuz etməsinə imkan yaradacaq şəxsiyyətin inkişaf etdirilməsindən fərqli olaraq əhatə olunduğumuz dünya və bütün sistemi qeddar şəxsiyyətin ehtiyacları üçün uyğunlaşdırır. Bu da həmçinin bir növ "bədxərc prinsip"dir, yalnız ehtiyacların təmin olunması nöqteyi-nəzərindən yox, onların formalaşması nöqteyi-nəzərindən. Çürüyən kapitalizm üçün mənəvi qüsurları dərinləşdirərək onları, sağlam şəxsiyyətn sağlam kollektivdə tam şəkildə keçinə biləcəyi, artmaqda olan yeni əmtəə və xidmətlər kütləsi ilə kompensasiya etmək sərfəlidir.
- Nəhayət, dördüncü səbəb – iqtisadi cəhətdən səmərəsiz olan, lakin zəhmətkeşlərin bir-birindən ayrılmasının hesabına "iş qüvvəsi dəyərinin" bir qədər azaldılmasına, opportunist mentalitetin yeridilməsinə imkan yaradan kustarçılığın xeyrinə böyük sənayenin hakim dairələr tərəfindən süni şəkildə tormozlanması ilə əlaqədar qismən sənayesizləşmədir. Bütün bunlar xırda sahibkarların böyük "azadlıq", dəyişən dəbə” münasibətdə "elastiklik" barədə idealist fəryadlarıyla ört-basdır edilir, sanki daha az keyfiyyətli, uzunömürlü malların istehsalına keçid dəbdə dəyişikliklərlə izah olunur, hakim elitanın sinfi siyasətiylə deyil.
Bütün bu cəhalətpərəstliyin məddahları sənayenin necə çirkləndirilməsinə baxmadan əhalinin rifahının artdığını göstərərək 18-19-cu əsr faktları və nəzəriyyələrindən istifadə edirlər. O vaxt, hələ kapitalizmin dan yeri ağararkən istehsalın hədəfi əmək məhsuldarlığının artımı hesabına tələbatların strukturuna varmadan onları ödəmək idi; təbii inhisarçılıqdan ibarət olan böyük sənaye mövcud deyildi; deşikdə boğulanın buzu sındırması analogiyası üzrə "kompensasiya prinsipi" yox idi, bu zaman bütün yeni malların istehsalı rifahı artırmır, əvvəlki istehsalların vurduğu zərəri kompensasiya edir. Aydındır ki, belə vəziyyətdə mövcud quruluşların təriflənməsi yalnız mümkün qədər adi bayağılıq və yalan əsasında qurula bilər. “Daha çox işləyin və hər şey daha təmiz olacaq" və sonda, zəngin insanlar arasında bütün ekoloji mübahisələr məhkəmədə həll edilə bilər. Və ya daha bir təklif edilən həll: şəxsi nəsnəyə, gəlir mənbəyinə çevrilə bilməyən ictimai nəsnə mövcud olmamalıdır – gəlin hər şeyi dağıdaq və məhv edək, təbii olanlardan yalnız hasarla və başkəsənlər bölüyüylə mühasirəyə alınaraq özəlləşdirilib, qəsb edilə biləni saxlayaq.
Böyük maqnatlar, icarədarlar tərəfindən maliyyələşdirilən sağ qanadın ekoloji hərəkatlərı inzibati baryerlər hesabına resursların məhdudlaşdırılmış istehlakını və ya resursların əldə edilməsinə qoyulan vergi artımlarını tövsiyə edirlər. Prinsip etibarilə, əldə edilən vəsaitlərinin resursların ekoloji təhlükəsizlik vasitələri və yeni resursların axtarışına yönəldilmiş elmi araşdırmalara xərclənəcəyi qiymətlərin "artırılması" ideyası düzgündür. Amma mühafizəkarların həll yolları son nəticədə iqtisadi təbii resurslardan ən böyük iqtisadi icarə haqqının alınmasına və ya ekoloji nemətlərdən daha çox istifadəsinə yönəldilmişdir. Normal insanlar bu icarə haqqından gələn gəlirlərlə sifariş edilən "həyat bayramı"na buraxılmayacaq, amma təbii resursların bahalaşmasına, yaşayış keyfiyyətinin pisləşməsinə görə əzab çəkəcəklər ki, bu da sonda "mühafizəkar tədriblərin" daha çox sərtləşməsini təhrik edərək ekologiyaya da zərbə vuracaq. Məmurlar – cəmiyyətin ən "layiqli" nümayəndələridir, düzdür, xidmətə görə, xidmətin özündən dəfələrlə yüksək haqq tələb edirlər və xarici təsirlərə və ictimai nemətlər probleminə öz məmur-polis həllini təklif edirlər. Ümumiyyətlə, mühafizəkar siyasət – polis dövləti metodları və ya nəhəng miqdarda vasitələrin sərf olunması ilə (və ekoloji böhranı daha çox dərinləşdirərək) məmur uydurmalarının yaratdığı faciəvi nəticələrin zənginlərin maraqlarında qəbul olunan qanunların qəbul edilməsi ilə həll edilməsi cəhdidir. Qərbdəki daha "çəhrayı" ətraf mühit mühafizəkar hərəkatlarına gəldikdə isə, onlar əsasən xırda burjua elementlərinə söykənirlər, son məqsədi planetin qalan hissəsinə yüklənmənin artırılması hesabına "orta sinif" üçün ekoloji vəziyyətin yaxşılaşdırılması vasitələrinin yenidən bölüşdürülməsidir.
Kapitalist cəhalətpərəstliyi, qaranlıqda dolaşan istehlak, istehlakın son effekti nöqteyi-nəzərindən iqtisadiyyatın dəhşətli səmərəsizliyi – ətraf mühitin barbarcasına dağıdılmasının əsası, ümumiyyətlə ekoloji məsələnin dövlət tənzimlənməsinin gündəmində durmasının səbəbi budur. Bu istehsal münasibətləri sisteminin özünün müflisliyidir. Dövlətin sosial yönümlü siyasi və iqtisadi quruluşunda problemlərin bu cür həlli ümumiyyətlə tələb olunmamalıdır; dövlətin tək funksiyası - ictimai əmlakın özəl mülkiyyətçilik tərəfindən qəsb edilməsindən müdafiəsi – antaqonist quruluş tarixə qarışdıqca məhv olur; bu sferada, ekologiyada olduğu kimi, anarxiya və neytral mülkiyyət və ya son nəticədə kommunal mülkiyyət (həmçinin ictimai təşkilatların mülkiyyəti) və onunla bağlı "aşağı" vətəndaş cəmiyyəti institutları hökmranlıq etməlidir. Biz isə, dövlətin zorakı məcburetmə maşınının hər şeyə qadir "tənzimləyici" və ya xüsusi mülkiyyətin qəsbkar maraqlarının müdafiəçisi rolunda ekoloji problemə daha çox cəlb edildiyini görürük.
Radikal, inqilabçı güclərin məqsədi - ətraf mühit mühafizəkarlarının cinayətkar mövqeyini ifşa etmək, həm zəhmətkeşlərə, həm də gənclərin yolunu azmış nümayəndələrinə bu güclərin "ekoloji" siyasətinin son nəticədə ətraf mühitin məhv edilməsinə, yoxsullaşmaya və zəhmətkeş siniflərin məzlumlaşmasına yönəldiyini, bəşəriyyəti geri – orta əsr cəhalətpərəstliyinə itələdiyini aydınlaşdırmaqdır.
Yeni, radikal, ictimai yönümlü ekoloji siyasətin, şəxsi və ictimai fondlar arasında balansa nail olmaqla istehlakın rasionallaşdırılması kimi, istehsalın son nəticəsi, son istehlak nemətləri nöqteyi-nəzərindən təsirliliyin artması, kollektiv istehlakın vəz edilməsi, bölgü problemlərinin istehsalı artırmaqla deyil, məhz bölgü ilə həll edilməsi kimi dəqiq məqsədi olmalıdır. Amma bu sosial yönümlü, kollektivist sxemlər əsasında, 20-ci illərin primitiv kollektivizmində olduğu kimi, şəxsi mülkiyyətin çatışmazlığı deyil, bütün cəmiyyətin ifrat şəxsi mülkiyyətə istiqamətlənməsi ilə əlaqədar baş ağrılarından azad olmaq cəhdi dayanmalıdır. Kiminsə belə siyasəti "yoxsulluğun təbliğatı" adlandıracağından qorxmaq lazım deyil. Meşşan anlamda mülkiyyətində nümayişkəranə rahatlıq elementlərinin, mülkiyyətçinin yalnız natamamlıq kompleksinin təmin olunmasına xidmət edən, onun “tanrı tərəfindən seçilmiş olmasına” yalançı şahidlik edən, saxta "aristokratik məişət" predmetlərinin və s. olmadığı istənilən insan - "yoxsul" hesab edilir.
Belə sosial yönümlü siyasət böyük, ictimai sənayenin dəstəklənməsinə, nəhayətdə, ictimai sənayenin özəl mülkiyyətçi bezarçılıqdan xilas edilməsinə və müqəddəsliyi və toxunulmazlığı elan edilərək, mədəniyyətin yetişdirilməsi ilə, bütün insanlar tərəfindən istifadə edilən, normal həyat fəlaiyyətinin mənbəyi olan, onu ümumi qayğı, sevgi, hörmət obyekti olaraq təsəvvür edən ictimai sərvətə çevrilməsinə də istiqamətlənmiş olmalıdır.
Real elmi nöqteyi-nəzərdən, təbiətlə insanın münasibəti problemi faktiki olaraq istehsal prosesində insanlar arasında məhsuldar güclərin və münasibətlər problemindən qaynaqlanmalıdır. Sərbəst şəkildə bu ekoloji problemi müstəqil, həm də “ən vacib” problem olaraq ayırmaq ideyası (əvvəlcə – məsələ bəşəriyyətin guya sağ qalması, artıq sonra – yerdə qalanlar) irticaçı sağ ideyadır ki, onun məqsədi əsas problemləri pərdələmək və diqqəti ikinci dərəcəli – ekologiya, nüvə silahının məhv edilməsi və bu kimi guya hər cür sosial problemldən yuxarıda dayanan “ümumbəşəri” “fövqəlsinfi” problemlərdə cəmləməkdir.
Bununla belə, təbiətlə insan arasında münasibətinin təkmilləşdirilməsi problemi mövcuddur və başqa opportunistlərin sosializmi qurarkən mənəvi olduğu kimi ekoloji təkmilləşdirməylə məşğul olmaq zərurətinin olmadığını elan edərək, bu problemdən qaçdığı kimi qaçmaq olmaz, axı bu - üstqurumdur və o, avtomatik şəkildə bazis üzərində “qurulacaq", sümük üstündə ət kimi. Amma bu halda da unutmaq olmaz ki, sosial məsələ ilkindir, ekoloji – ikincidir, ikinci dərəcəlidir və ona sosial problemlərin həlli həlli əsnasında, sosial məsələlərin “sualtı daşlarının” keçilməsi zamanı başlamaq lazımdır ki, bu daşlar ekoloji məsələni irəliyə keçməyə qoymur, onun həllini boş cəhdə çevirir və ya cəmiyyətin mütərəqqi qüvvələrini əsas məsələlərdən yayındırarq onların diqqətini ikinci dərəcəli məsələlərə yönəldirlər.
Sosializmdə daha bir “mühafizəkar” istiqamət təbiətin sosial yönümlü quruluşun artmaqda olan tələblərinə – “mobilizatorların” yaşadığı, ovladığı və s. bəzi təbiət ərazilərinin istisna edilməsi şərtilə, faktiki olaraq, “mobilizatorların” tələblərinə tam şəkildə tabe edilməsini nəzərdə tutur. Həmçinin bu istiqamətlə də mübarizə aparılmalıdır.
İndi isə heyvan haqlarının etik konsepsiyaları, gələcək nəsillərin hüquqları, insan ağlının gücü və s. haqqında. Əlbəttə, texnosfera kənddə, meşə, balıq təsərrüfatında mövcud olan əlaqələr vasitəsi ilə ahəngdar şəkildə ekomühitə uyğunlaşmağa məcburdur. İnsan öz ağlıyla özünü dərk etməli, anlamalıdır ki, ümumi inkişafa şərait yaradan, özündən də böyük, daha böyük bir şeyin - ekomühitin bir hissəsi olmalıdır. Amma bunun üçün yeni üstqurum, təbiətlə münasibətlərin yeni mədəniyyətini işləyib hazırlamaq lazımdır. Amma daha üstün cəmiyyətin qurulması şərti olmadan bu ideya ziyalı-naturalistlər yığınının utopiyasına çevrilir. Hazırkı dünya ictimai quruluşu çərçivəsində bəşəriyyət öz həyati problemlərindən boyun qaçıra bilməz, bu problemləri isə o, sadəcə olaraq ekosferanın davamlı məhvi və onun yeni texnosfera təbəqələri ilə əvəz edilməsi, özü də qeyri-səmərəli, uğursuz, onu parazitlik və həyat keyfiyyətinin azalmasına təhrik edən əvəzetmə yolu ilə həll edə bilər.
Beləliklə, çürüyən kapitalizm bazarla bağlı olmayan hər şeyi kapitalist istehsal üsulu ilə boş bir şeyə çevirir. Dəyərli olan, təbiətinə görə heç bir halda əmtəə istehsalı, kapitalist mülkiyyətinin bölgüsü haqları və onunla əlaqədar məhkəmə işləri ilə uyğunlaşa bilməyən – sosial, təbii, mənəvi – hər şeyi dağıdır. İstənilən resurs və nemətlərdən yalnız o səbəbə görə imtina edilir ki, onlardan ödəniş götürülməsi ya da onların istismarı haqlarının kimə məxsus olduğunun aydınlaşdırılması ilə bağlı xərclər çox böyükdür. Xalqın rifahı günbəgün aşağı düşür, amma bu heç kəsi həyəcanlandırmır, çünki onun hesablanması vaxtı yalnız "pamperslər", "skinerslər" və başqa kapitalist əmtəə nemətlərinin istehlakı nəzərə alınır, hətta onların bir-birinə uyğunluğu nəzərə alınmadan adi toplama ilə hesablanırlar. Artıq bu, insanı artmaqda olan əmtəə axını ilə zənginləşdirmək üçün feodalizmmin caynaqlarından resursları qoparan mütərəqqi kapitalizm deyil. Bu, dəyərli olan hər şeyi insanın əlindən alan, bunun əvəzində ona rəngbərəng, lazımsız əmtəələr kütləsini sırıyan kapitalizmdir.
(c) solfront.org