Aqşin Mahmudov-Bella, ciao!


Bu adi bir musiqi deyil, qəlbində oraq və çəkic möhürlənmiş hər bir insanın hər dəfə dinlədikdə oradakı bütün sözləri, notları tam içdən hiss etdiyi musiqidir. Bu musiqi solçunun dönməzliyini, hər bir anda insanlıq üçün, dünyada sevgi və sülh üçün özünü fəda edə biləcəyinin təzahürüdür. Dünyada elə musiqilər var ki, yazıldığı gündən sonra bəşər tarixdə heç zaman məhv olmayıb, tarixə qarışmayıb, çünki həmin musiqinin canına məhz tarixin özü hopub, dünyanın sonu gəlməyənə kimi də onun sonu gəlməyəcək. Bəli, məhz “Bella, ciao” da bu musiqilərin sırasındadır. İtaliya partizanlarına həsr olunmuş bu musiqi bir müddət sonra bütün dünyada məşhurlaşdı. Hər bir SOL əqidəli – anarxist, sosialist, kommunist və digər anti-faşist düşüncəli mübariz insanların çox sevdiyi və mübarizə ruhu aldığı musiqi olan “Bella, cioa”nun kim tərəfindən sözləri yazıldığı məlum deyil. Musiqinin isə folk musiqi olduğu bildirilir. Bu mahnı dünyanın bir çox ölkələrində və müxtəlif versiyalarda səsləndirilir. İtalyan dilində olan musiqisinin əsas mətni partizan əqidəsini, möhkəmliyini əks etdirir. İtalyan dilindən əlavə, esperanto, rus, Bosnia, kürd, xarvat, serb, macar, ingilis, ispan, fin, alman, türk, yapon, taqalok, breton, Çin, dat, Norveç və Sloveniya dillərinə də tərcümə olunub. Bir tək Norveç dilində bu ifa başqa məğzlə səsləndirilərək düyü tarlalarında işləyən işçilərin əsarətdən azadlığına həsr olunmuşdur. “Bella, ciao” ifadəsi Azərbaycan dilinə “Gözəl, hələlik” (xitab olaraq, “Gözəlim, hələlik”) kimi tərcümə olunur. Bu ifanın dünyada ən məşhur versiyalarından biri də məhz dahi sənətkarımız Müslüm Maqomayev tərəfindən SSRİ dövründə səsləndirilmişdir. Onun dəmir səsi, zəhimli ifası və ən əsas da qəlbindəki SOL ruhu ilə mahnıya tamamilə ayrı ab-hava qataraq mübariz bir himnə çevirmişdir. Məhz buna görə də onun şəxsiyyəti qarşısında baş əyirəm! Sizlər üçün mahnının sözlərini Azərbaycan dilinə tərcümə etdim. Təbii ki, italyan dilində və original formasında olan melodiklik itir, lakin sırf tərcüməsi bu cürdür: Bir sabah mən oyananda Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik! Bir sabah mən oyandım Hər tərəfdə işğalçıları gördüm. Ey partizan, gəl də məni özünlə apar Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik! Ey partizan, gəl də məni özünlə apar Çünki ölümə hazır olduğumunu hiss edirəm. Əgər, mən partizan kimi ölsəm Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik! Əgər, mən partizan tək döyüşərək ölsəm Sən gəlib məni basdırmalısan. Məni dağın zirvəsində basdır Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik! Məni dağın zirvəsində basdır Məzarımı sevimli bir çiçəyin kölgəsində qaz. Beləcə həmin yoldan keçən hər kəs Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik! Və beləcə həmin yoldan keçən hər kəs Deyəcəklər “Oh oradakı gözəl çiçəyə bax!” Ah bu döyüşçü partizanın çiçəyidir (Və bu partizanın çiçəyidir) Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik! Ah bu mübariz partizanın çiçəyidir O şəxsin ki, azadlıq naminə ölüb! Müslüm Maqomayev-Bella Ciao