Çörək və qızıl güllər

“Biz çörək istəyirik. Biz qızıl gülləri də istəyirik.”

Həm sosial-siyasi həyatda, həm də kinomatoqrafiyada azadlıq, sosial bərabərlik ideyalarının mübarizi Ken Louçun növbəti sadə və gözəl filmi.

Film qeyri-leqal olaraq ABŞ-a daha yaxşı həyat axtaran, lakin problemlərlə üzləşən meksikalı immiqrant  bacıların həyatın əks etdirir.

 Meksikadan böyük bacısı Rozanın maddi yardımı ilə qaçan Maya burda elə onun köməyi ilə də böyük şirkətlərin ofislərinin birində xadimə işləyir. O, bacısı ilə birgə ölkədən qovulmaq təhlükəsi ilə bərabər qəpik-quruşa səhərdən axşamacan çətin həyat və iş şəraitində çalışır. Sanki bələ çətinliklər onların alnına yazılıb - yerlilərlə nisbətdə olduqca aşağı əmək haqqı alan, yeri gələndə bəhanəsiz olaraq işdən çıxarılan və müdirləri tərəfindən pis davranılan işçilərin həyat tərzi elə onların dəyişilməz gələcəyidir.

Lakin Mayanın daxilində mübarizlik belə haqsızlıqlara biganə qalmağa və onlara dözməyə imkan vermir, o mübarizə aparır. Bu yolda ona həmkarlar ittifaqı aktivisti Sem Şopino kömək edir. Maya, Roza və digər immiqrantları seçim gözləyir: cüzi əmək haqqı ilə kifayətlənmək, çətin iş şəraitinə dözmək, yoxsa öz haqları – daha yaxşı iş və  həyat şəraiti, sosial sığorta uğrunda  mübarizə aparmaq. Birincisi əzilmək deməkdir, mübarizə yolu isə olduqca çətin və təhlükəlidir.

Qeyd edək ki, qeyri-leqal immiqranlar ABŞ-da kəskin sosial problemdir. Hə, onlar qeyri-leqaldır, amma onlarsız da keçinmək olmur. Yadımıza salaq: 2007-ci ildə ABŞ-ın cənubi-qərbində bir gün ərzində qeyri-leqal immiqranların küçələrə axışması nəticəsində bir neçə ştat praktiki olaraq iflic olmuşdu.

Həmişə kəskin sosial problemləri filmlərində əks etdirən kinorejissor Ken Louç bu problemə də biganə qalmamışdır. Nəticədə tamaşaçıya öz haqları uğrunda mübarizəni aşılayan optimistik film ərsəyə gəlmişdir.

Film 2000 - ci il Kann kino festivalında "Qızıl palma budağı" nominasiyasında irəli sürülüb. Həmçinin British Independent kino festivalında, Santa Barbara Beynəlxalq kino festivalında və s. qurumlarının mükafatlarını qazanmışdır.

Hazırladı: Esmira Babayeva                                   (c) solfront.org

“Biz çörək istəyirik. Biz qızıl gülləri də istəyirik.”

Həm sosial-siyasi həyatda, həm də kinomatoqrafiyada azadlıq, sosial bərabərlik ideyalarının mübarizi Ken Louçun növbəti sadə və gözəl filmi.

Film qeyri-leqal olaraq ABŞ-a daha yaxşı həyat axtaran, lakin problemlərlə üzləşən meksikalı immiqrant  bacıların həyatın əks etdirir.

 Meksikadan böyük bacısı Rozanın maddi yardımı ilə qaçan Maya burda elə onun köməyi ilə də böyük şirkətlərin ofislərinin birində xadimə işləyir. O, bacısı ilə birgə ölkədən qovulmaq təhlükəsi ilə bərabər qəpik-quruşa səhərdən axşamacan çətin həyat və iş şəraitində çalışır. Sanki bələ çətinliklər onların alnına yazılıb - yerlilərlə nisbətdə olduqca aşağı əmək haqqı alan, yeri gələndə bəhanəsiz olaraq işdən çıxarılan və müdirləri tərəfindən pis davranılan işçilərin həyat tərzi elə onların dəyişilməz gələcəyidir.

Lakin Mayanın daxilində mübarizlik belə haqsızlıqlara biganə qalmağa və onlara dözməyə imkan vermir, o mübarizə aparır. Bu yolda ona həmkarlar ittifaqı aktivisti Sem Şopino kömək edir. Maya, Roza və digər immiqrantları seçim gözləyir: cüzi əmək haqqı ilə kifayətlənmək, çətin iş şəraitinə dözmək, yoxsa öz haqları – daha yaxşı iş və  həyat şəraiti, sosial sığorta uğrunda  mübarizə aparmaq. Birincisi əzilmək deməkdir, mübarizə yolu isə olduqca çətin və təhlükəlidir.

Qeyd edək ki, qeyri-leqal immiqranlar ABŞ-da kəskin sosial problemdir. Hə, onlar qeyri-leqaldır, amma onlarsız da keçinmək olmur. Yadımıza salaq: 2007-ci ildə ABŞ-ın cənubi-qərbində bir gün ərzində qeyri-leqal immiqranların küçələrə axışması nəticəsində bir neçə ştat praktiki olaraq iflic olmuşdu.

Həmişə kəskin sosial problemləri filmlərində əks etdirən kinorejissor Ken Louç bu problemə də biganə qalmamışdır. Nəticədə tamaşaçıya öz haqları uğrunda mübarizəni aşılayan optimistik film ərsəyə gəlmişdir.

Film 2000 - ci il Kann kino festivalında "Qızıl palma budağı"na layiq görülüb. Həmçinin British Independent kino festivalında, Santa Barbara Beynəlxalq kino festivalında və s. qurumlarının mükafatlarını qazanmışdır.