- Bir tərəfdən, Çenin düşüncəsinin məzmununu zərərsizləşdirmək, onun inqilabçı əsasını boşaltmaq
- Digər tərəfdən, Çeni daha çox əfsanələşdirmək və milyonlarca insanın Onu üsyan, etika, saflıq, ədalət, yoxsulların xilas edilməsi, dayanışma kimi dəyərlər ilə şüurlu vəya şüursuz olaraq təyin edilməsi
2 - “Dəbləşdirmə” cəhdləriKapitalist cəmiyyətdə, burjuaziya həyat da daxil olmaqla hər şeyi satışa çıxarır, ya da hər şeyi dəyərləndirir; xüsusilə də ölən inqilabçıları... Ən yaxşı inqilabçı ölü inqilabçıdır, təhlükəsiz olması səbəbiylə! Filmdə hər zaman yaxşı və pis vardır. Ancaq Çe ilə edilən atışlar geri qayıdır.
3 - “Sovet modeli?”Çenin düşüncəsi ilə əlaqəsi olmayan, ”İnqilabçı hücum” və “On milyonluq həsad” cəhdlərinin uğursuzluqlarından etibarən, Kuba xüsusilə məcburiyyət səbəbilə “Sovet modelini” qəbul edib; amma onu özünə uyğunlaşdırmışdır. Fidel bu gün model mövzusunda o zaman da razı olmadığını, həmişə şübhə duyduğunu deyir...Mübarizədə “rolların paylaşımı” vaxtı Fidel ilə Çe arasında kimlik təyin etmə mövzusunda böyük uyğunluq var idi.
4 - Çe və Fidel arasında var olduğu iddia edilən əleyhdarlıqÇenin əksinə Fidel daha çox təsirli oldu (Kuba İnqilabı prosesi nəzərdə tutulur). İdeoloji, siyasi, strateji məqsədləri bir-birinə çox yaxın olan iki lider təməldə bu meyarları paylaşırdılar. Fidel və Çe arasında önəmli fərqliliklər olduğunu, bu günə qədər heç bir şey sübut edə bilmədi. Antiimperialist, beynəlmiləl, “Trilateralist” hədəflərdə birləşdilər. Bəlkə də ən çox “səbirsiz” olan Çe idi, ancaq bu səbirsizlik zaman məfhumundan (irəli doğru) azad tutulmalıdır.
5 - Kubada Diktaturadır?ABŞ - ın və embarqonun qalıcı təcavüzkarlığı ilə qarşı qarşıya qaldıqdan bu yana, Kubada söz azadlığı mövzusunda diqqətə çarpan obyektiv limitlər var. Mühasirə altındaki bir qalanın qapılarını tamamilə açmaq çətindir. Bunu proseslər məzmununda düşünmək lazımdır. Kuba diktatura diaqnozu qoymaq olmaz. Çünki bu ölkənin şərtləri, daxili və xarici şərtləri basqı altında olmayan ölkələrin şərtlərindən tamamilə fərqlidir və bu səbəblə onların siyasi rejimləri ilə müqayisə edilə bilməz. Limitləndirildiyi iddia edilən azadlıqlar, imperializmin Kubaya qarşı istifadə etdiyi Troya atıdır. Kubada ABŞ - dan daha çox olan digər haqlardan isə heç danışılmır: səhiyyə, təhsil, hərkəs üçün mədəniyyət haqqı və digərləri kimi.
6 - “Və əgər Çe yaşasaydı?” Və əgər Çe yaşasaydı? Bu suala cavab vermək çox çətindir. Belə bir şey düşünülə bilinmədiyi kimi, keçmiş də təhlil edilə bilməz. Bu teoloji yanaşma istənilən təhlili pozur. İfadə etdim və təkrar edirəm: proseslər məzmunları xaricində düşünülə bilməz və ya geriyə dönük anaxronik meyarlar istifadə edilərək araşdırıla bilməz. Bu günün şərtləri 60-cı illərin şərtləri ilə eyni deyil. 7 - Kubadaki GuevarizmSSRİ - nin süqutunun ardından Kubanın həyatda qalması, onun həqiqətən Moskvanın bir peyki olmadığını, əksinə daxili, özünəməxsus bir proses olduğunu isbat edir.Kubaya peyvənd edilməmişdir. İnqilab, milli suverenlik prinsipinin həyata keçirilməsi ehtiyacından və bir tarixdən ortaya çıxdı: Qızıl Ordu tankları ilə gəlmədi. İnqilab 80-ci illərin sonunda, “səhvləri düzəltmə” prosesinə başladığı zaman yanıldıcı Sovet modelindən uzaqlaşaraq öz köklərinə geri dönmə səyi göstərdi. Çenin düşüncəsi yenidən kəşf edildi və ümid verici bir hərəkat başladı.
Berlin Divarının yıxılışı, çox təəssüf ki, onu həyatda qala bilməsi üçün “Özəl Dönəmi” yaşamağa məcbur etdi. Artıq uzun vədəli deyil, sabaha ac çıxmamağın planları düşünülürdü. Bu, ağır sosial, siyasi, əxlaqi nəticələri olan çətin bir mübarizə idi; fəqət Kuba indiyə qədər davam edən çətin şərtlərin öhdəsindən gəlməyi bacardı.
İnqilab bir daha “fikirlər savaşı” qanunu ilə, valyutası olanlar və olmayanlar arasındaki bərabərsizliklər, bürokratiya, sui-istifadə kimi problemlərin səbəb olduğu zərərlərə, yeniliklərə, əxlaqi və insani dəyərlərinə doğru yönəldi…İnqilab, strukturdakı böhrana görə ağırlaşan problemləri çözmək və həyatda qalmaq üçün yeni bir iqtisadi modeli, bəzi bazar mexanizmalarını yenidən yerləşdirməyə çətinlik çəkdi; fəqət planlı qlobal iqtisadiyyat məzmununda. Son dərəcə kritik olan bazar mexanizmlərinin qarşısında Çe-ni düşünürdü bunu bilə bilmərik; bütün bunlara baxmayaraq onun Kubada böyük çətinliklərin, təcrübələrin və dirənişlərin içində hələ yaşadığını düşünürəm. Modellər nəzərdən keçirilərkən heç şübhəsiz Çe, anlayışlara və prespektivlərə işarə edərək, bütün inqilabçılar üçün məhsuldar bir mənbə olmağa davam edir.
8 - Çenin “müasirliyi”Çenin “müasirliyi”, onun sosializm və kommunizm anlayışında yer alır; eynilə qalıcı bir struktur, bir çevrilmə hərəkəti kimi, amma standart bir yol olaraq deyil; O, Anibal Poncenin “tam bir insan” dediyi kimi onun qüsursuz insan düşüncəsiylə bütünləşir. Çe, Latın Amerikada Ponce, Mariategui, Mella kimi marksizmin qabaqcıllarının humanizmini yayır; onun düşüncəsi ümumiyyətlə nə sistematik, nə də qapalıdır. Onun düşüncəsi konkret həqiqətlərə və nəzəri problemlərə məntiqli bir cavab verir.
Daha önəmlisi, Çenin aktuallığının, həm ictimai etika, həm də mədəniyyət layihəsi olaraq onun sosializm anlayışında yatdığını düşünürəm; eyni zamanda, fərdi reabilitasiya etməsində (Sovet sistemi tərəfindən əzilmiş) və onu yeni bir cəmiyyətinin, yeni bir iqtisadiyyatının inşa mərkəzinə qoymasında və dəyişiklik prosesində vacib bir amil olaraq ona önəmli bir rol verməsində görürəm.
Günümüzdə, Çenin təliminin əxlaq təməli üzərinə oturduğuna, etik bir həyat üçün lazımlı olduğuna önəmlə vurğu edilməlidir. Əlbəttə, sadəcə əxlaqi bir problem olaraq hazırlanmış deyil, əksinə, o, iqtisadi, siyasi və digər şeylər üçün qaynaqdır. Kapitalist ölkələrdə yaşanan bu günkü siyasi böhran; digər şeylərin yanında, dəyərlər, duyğu və etik əskikliyindən qaynaqlanmaqdadır. Guevarist layihədə etik quruluş məcburidir.
9 - Tarixi təftişçilikBerlin Divarının yıxılmasına şahid olduğumuz zamandan bu yana, təftişçi hücum daha da artdı: kapitalizmi qaralamaq, hətta onu ortadan qaldırmağa yönəlik hər cür cəhd cinayət sayılmağa başladı. Bəzi saray intellektuallarının və liberalların, Çe`yə qarşı hirsi buna görədir. O bəzən Fidel ilə qarşı qarşıya gətirilir və ya Kuba İnqilabı mücərrədləşdirilir. Bəzən isə “Kabananın cəlladı” olaraq təqdim edilir. Onlar əsas olaraq “kapitalizmin alternativi yoxdur” fikrinə inandırmağa, hər hansı bir həmrəylik əxlaqını və fədakarlığı yox etməyə, üsyankarlığı öldürməyə və böyük nəticələr əldə edilməsinin, qarşısını almağa çalışırlar. Bundan başqa, sağçılar siyasətlərini davam etdirmək üçün bütün əxlaqi dəyərləndirmələri yox etmək istəyir. Çenin düşüncəsi belə bir cəhdi darmadağın edir. Çe hələ bu gün bizlərə fərdi əzmdən uzaq, imtiyazsız, peşəkar olmadan, vəzifəni sui-istifadə etmədən, yüksək bürokratiyaya boğulmadan siyasət ola biləcəyini öyrədir. Nəhayət, iqtidarın yeni bir tərzdə istifadə edilə biləcəyini göstərir. Sağçılar isə bütün bunlara dözə bilmirlər.
10 - Çe hərtərfli ortaq mirasımızdırÇenin düşüncəsi, bugünkü suveren sistemin böhranının nə qədər böyük olduğunu daha çox prizmadan aydın göstərir. Çe ironik atmacaların, ümidsizlik və həzm olmaq variantlarının qarşısında xoş bir gələcək olduğunu açıq göstərir. Hətta planlama şərtləriylə geniş bir prizmayla onu dərhal inşa etməyi açıqca bildirir. Hər mübarizədə, hər müqavimətdə yeni dəyərlər cücərir.
“Çenin əllərinin çirkli (rüşvətxor)” olduğuna dair mövzusuna toxunmaq üçün bu fürsətdən yararlanmaq istəyirəm. Onun əllərinin çirkli olduğu doğru deyil. Çe faydalı və təmiz əlləriylə bir nazirlik və bir bank idarə etdi. Hadisələrə uzaqdan baxmayaraq vəzifəsini yerinə yetirdi. Onun pozulmamış nüfuzu, bu gün belə bütün sol siyasətçiləri arxada qoyur; “onu vasitələşdirmə”, onun imicindən istifadə etmə cəhdləri, siyasətçiləri alçaq və dəyərsiz edir. Çe ortaq mirasdır. ”Azğın” Marksist, Onu sadəcə əxlaqi deyil, eyni zamanda estetik yöndən də ucaldır. Gardelə “hər gün daha yaxşı mahnı oxuyur” dedikləri kimi, Çe də günümüz insanına hər gün daha açıq şəkildə xitab edir.
Jan Ortiz
Fransa-Pau Universitetində professor
2007 “Hər Zamankindən Daha Çox, Çe” adlı kitabın koordinatoru