Mirmehdi Ağaoğlu - Molotov kokteyli hazırlayacaq barmenə bəzi tövsiyələr


Molotov kokteyli hazırlayacaq

barmenə bəzi tövsiyələr

 barmen

mənə bir badə

molotov kokteyli hazırla

rica edirəm

əl altında etil spirti yoxundursa belə təlaş etmə

mən deyingən

hər şeyin 100/100 olmasını tələb edən müştərilərdən deyiləm

benzin işə yarar

amma bir azcıq da motor yağı əlavə et o zaman

həm yanmaya kömək edir həm də qara tüstüdə görünməz edir

motor yağı yoxundursa fosfor da əlavə edə bilərsən

və ya

qudron

və ya

maye sabun

və ya

şəkər

və ya daha nə bilim nə poxlar

təki düşmənin görmə qabiliyyətini pisləşdirsin

və hədəfə yapışaraq uzun müddət yansın

inqilab aşbazlarının kitablarında yazıldığına görə

qarışığa

turşu

maqnezium

şlak

əlavə etdikdə

1600 °C-yədək istilik yaranırmış

yəni “T-90” dan

fransızların Sartdan daha çox öyündükləri

“Leclerc”dən bir ovuc kül qalırmış

vəssalam

bir də kokteylə bir miqdar qələvi əlavə etmək məsləhətdir

yağışlı və qarlı havalar üçün

ondan mükəmməl vasitə

hələ kəşf olunmayıb

sifarişimiz hazırdırmı barmen?

alışdır o zaman fitili

içək bu badəni də

La İquerada şəhid düşmüş

qardaşımızın şərəfinə

vəsiyyət

sevgili qadınım

məni həbsxanadan

mariya kaqol kimi əlində

“skorpio-61”

qaçırmayacağını bilirəm

amma

əlini qolunu sallayıb

ağlamağını da istəmirəm

istəmirəm

istəmirəm.

Mirmehdi Ağaoğlu (c) SOLFRONT