Oğurlanmış Tunis inqilabı


Tunis və digər ölkələrdəki "inqilab"ların həqiqətən inqilab xüsusiyyəti qazanıb qazanmadığı, bir müddətdir müzakirə olunur.Tunislilərin fikrinə görə, bir çox adam inqilablarının özlərindən oğurlandığını düşünür.

Orta şərq və Şimal Afrika ölkələrində yaşanan xalq qiyamları dərhal hər kəs üçün gözlənilməz və həyəcan verici oldu. Ancaq bəzi ölkələrdə diktatorlar devrilib qiyamlar müvəffəqiyyətə çatar çatmaz, həqiqətən zəfərə çatılıb çatılmadığı və bu müddətin nə istiqamətə getdiyi müzakirə edilməyə başlandı. Əslində bu müzakirə yalnız "çöldə" yaşanmırdı. Üsyanların müvəffəqiyyətlə sona çatdığı Misir və Tunisin də əsas müzakirələri bu idi. Uzun müddətdir ki, bu iki ölkədə üsyanlara qatılmış bəzi qruplar, əllərinə nə keçdiyi sualını verirlər. BBC-nin Tunis müxbiri Owen Bennett-Jones, "Ərəb üsyanı: Tunisin inqilabı oğurlandımı?" başlıqlı xəbərində Tunislilərin bu narahatlıqlarını dilə gətirdi. Bennett-Jonesin xəbərini BBC Türkcə xidmətindən aldığımız xəbəri solfront oxucularına təqdim edirik: Ərəb üsyanı: Tunisin oğurlanan inqilabımı? Respublika başçısı Zeynel Abidin Binalının ölkəni tərk etməsinin təxminən iki ay keçdikdən sonra bəzi Tunislilər Binalının 23 ildə yaratdığı avtoritar sistemin sona çatıb çatmadığından şübhəlidirlər. Paytaxt Tunisdəki baş nazirlik binası bir müddətdir ki, etirazçıların toplanma yerinə çevrilib. Ölkənin dörd bir tərəfindən yüzlərlə adam burada imza kampaniyaları təşkil edir, mahnılar söyləyir və çadırlarda gecələyirlər. İçlərindən bir tələbə, dəyişən heç bir şeyin olmadığını söyləyir. Yanındakı gənc də "Yeni hökumətə güvənmirik" deyir. Həftə sonu isə daha izdihamlı bir qrup halında şəhərin mərkəzində bir mitinq təşkil etdilər. Polisin müdaxiləsi sərt oldu. Nümayişçilərin üzərinə atəş açıldı, 5 adam öldü. Şəhərin mərkəzindəki polislərlə danışıram. Bəzi nümayişçilərin Daxili İşlər Nazirliyinə girib içəridəkiləri təhdid etdiyini söylədi bir dənəsi. "Bunlar ölkəni alt-üst edəcək. Məncə, bunları öldürmənin heç bir qorxusu yoxdur" dedi. Ancaq polis nümayişi dağıtmağı bacarsa da etirazçılar əli boş dönmədi küçədən. Binalı dövründən qalan Baş nazir Məhəmməd əl Gannuşi vəzifəsini tərk etdi, yerinə köhnə xarici işlər naziri Beji Caid Sebsi gəldi. İndi Tunis 78 yaşında bir keçici respublika başçısı və 84 yaşında bir keçici baş nazir ilə idarə olunur.

İnqilaba nə oldu? Gənclərin başlatdığı inqilab yaşlılar tərəfindən qəsb edildimi? Tunis Universitetindən Rada bin Osman "Gənclər inqilabı bu insanlara gümüş nimçə içində təqdim etdi" deyir və əlavə edir: "Bu, inqilabçıların hər hansı bir siyasi partiya tərəfindən təmsil edilməməsindən qaynaqlanır. Özlərini mövcud heç bir siyasi quruma aid hiss etmirlər." Tunisdə qurulan keçici hökumətdə çox az yeni sima vardı.  İnformasiya və Texnologiya Naziri olan Sami Zavi kimi. Ancaq o da yeni kabinetdən məmnun olmayıb istefa verdi. Yenə də inqilabın köhnə rejimin nümayəndələri tərəfindən oğurlandığı ifadəsini qəbul etmir: "İnsanların fərqli fikirləri ola biləcəyi gerçəyini təbii ki qəbul edirik. Ancaq inqilabın xalqdan qəsb edilə biləcəyinə inanmıram. Tək ehtiyacımız ölkədə işlərin bir az sabitliyə qovuşmasıdır. Bunun sayəsində seçkilərə inana bilər və lazım olduğu kimi hazırlana bilərik. Ondan sonra da seçki nəticələri istiqamətində yeni bir siyasi sistem qurmalıyıq."

"Köhnə" rəhbərlikdən çox sayda insanın keçici hökumətdə də iştirak etməsinin insanlara mənfi bir mesaj verdiyini qəbul edirəm. Bəlkə daha çox yeni simalara yer verilə bilərdi. Ancaq bir az səbirli ola bilsək işlər düzələcək."

Dünya ictimaiyyətində Orta Şərq və Şimal Afrikadakı xalq qiyamlarının ardından, İraqın işğalından sonrasına bənzər bir müzakirə ortaya çıxdı . Bu coğrafiyalar inqilaba hazırdırmı, inqilab həyata keçirilə bilərmi? Tunis Universitetindən Rana bin Osman, ölkəsindəki vəziyyətin digərlərindən fərqli olduğunu, dəyişmənin reallaşmasının mümkün olduğunu söyləyir: "Tunis Orta Şərqdəki digər ölkələrdən fərqlidir. Misal kimi Bəhreynə baxa bilərsiniz. Küçədəki etirazçılardan heç birinin kral ailəsini çevirmək kimi bir niyyəti yox idi. Bəzi dəyişikliklərlə birlikdə monarxiyanın davamının tərəfdarı idilər. ""Biz isə daha mütəşəkkil bir dəyişmə istəyirik. İnqilab olduğunda Misirdəkilər kimi bayram keçirmədik. Çünki hələ inqilabın tamamlanmış olduğunu düşünmürük."

BBC Türkiyə Tərcümə: Sənan Məmmədov